Azərbaycan birinciliyinin kişiləri - ilk qızıl medalçı müəyyənləşdi

29 Aprel 2017 12:12 Ağır atletika 562
Azərbaycan birinciliyinin kişiləri - ilk qızıl medalçı müəyyənləşdi

Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib. Sportinfo.az xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.

Kişilərin mübarizəsində körpücük üzərinə ilk olaraq çəkisi 56 kq-a qədər olan gənclər çıxıblar. Qızıl medala toplam 208 kq (96+112) nəticə ilə Emin Mirzəyev sahib çıxıb. Fəxri kürsünün ikinci pilləsində 204 kq (90+114) nəticə ilə Ruslan Rzazadə, üçüncü yerdə isə 198 kq (93+105) nəticə ilə Rüstəm Qasımov qərarlaşıb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilər. 56 kq. A qrupu

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Mirzəyev Emin 1997 Lerik Zirvə 55.40 96 112 208
2. Rzazadə Ruslan 1998 Lənkəran Zirvə 54.30 90 114 204
3. Qasımov Rüstəm 2002 Lənkəran Zirvə 54.90 93 105 198
4. Həsənli İsa 2002 Lənkəran Zirvə 54.10 79 106 185
5. Əskərzadə Samir 2002 Neftçala Zirvə 55.80 83 101 184
6. Qəzənfərov Mehman 1995 Gəncə Təhsil 56.00 80 95 175
7. Zeynalov Əli 2000 Goranboy Təhsil 55.40 75 90 165
8. Paşayev Rövşən 1998 Gəncə Təhsil 55.70 76 82 158
Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti