Dünya reytinqində irəlilədik

26 Aprel 2017 19:24 Ağır atletika 524
Dünya reytinqində irəlilədik

Beynəlxalq Triatlon Birliyi idmançıların yeni reytinq cədvəlini açıqlayıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının lideri Rostislav Pevtsov reytinq cədvəlində 2 pillə irəliləyib. R.Pevtsov 2958,29 xalla 16-cı pillədə qərarlaşıb.

Qadınların siyahısında isə Kseniya Levkovska 697.10 xalla bir pillə irəliləyərək, 138-ci pillədə qərarlaşıb. Avropa reytinqinə gəldikdə, Pevtsov hazırda dördüncü, Levkovksa isə 32-cidi. 30 yaşlı R. Pevtsov martda Avropa Kuboku, apreldə isə Afrka Kuboku yarışlarının qalibi olub. Levkovska isə Avropa Kubokunda altıncı nəticə göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti