41 - Azərbaycan yığmasının üzvünün Avropa çempionatında yeri

24 Aprel 2017 20:20 Ağır atletika 538
41 - Azərbaycan yığmasının üzvünün Avropa çempionatında yeri

19-23 aprel tarixlərində Rumıniyanın Kluj şəhərində idman gimnastikası üzrə Avropa Çempionatı baş tutub. Sportinfo.az xəbər verir ki, çempionatda ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Bense Talas və Murad Ağarzayev təmsil edib. İlk dəfə bu qəbildən olan turnirdə çıxış edən idmançılar çoxnövçülükdə, müvafiq olaraq, 41 və 48-ci yerlərdə qərarlaşıblar.

Qadınların mübarizəsinə gəldikdə, Yuliya İnşına və Yekaterina Tişkova isə çoxnövçülükdə, müvafiq olaraq, 52 və 55-ci yerlə kifayətləniblər. Bu çempionat ölkəmiz üçün önəmli məqam ilə yadda qalıb. Belə ki, ilk dəfə olaraq Avropa Çempionatı kimi irimiqyaslı yarışda xalların hesablanması və video-nəzarət sistemi məhz Azərbaycanın innovativ brendi “SmartScoring” tərəfindən həyata keçirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti