Yığmanın üzvü düşərgədən qaçdı, sığınacaq almaq fikrindədi

19 Aprel 2017 08:36 Ağır atletika 477
Yığmanın üzvü düşərgədən qaçdı, sığınacaq almaq fikrindədi

Üç təkanla tullanmada dünya çempionatının gümüş mükafatçısı Pedro Piçardo Almaniyanın Ştutqart şəhərində təlim-məşq toplanışında olan yüngül atletika üzrə Kuba milli komandasının düşərgəsindən qaçıb. Sportinfo.az xəbər verir ki, 23 yaşlı idmançı Almaniya və ya İspaniyada sığınacaq almaq fikrindədi.

Bildirilir ki, Piçardo yığmadan kənarlaşıdırılacaq və onun 8 il müddətinə Kubaya dönüşünə qadağa qoyulacaq.
Bu, kubalı idmançıların ölkə xaricində yığmanın heyətindən ilk qaçış halı deyil. 2013-cü ildə Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatı zamanı sprinter Orlando Orteqa düşərgəni tərk edib və daha sonra İtaliyada üzə çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti