Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə “Yeni Naftalan Hotel Company” MMC arasında anlaşma memarandumu imzalanıb. Memorandumu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və “Yeni Naftalan Hotel company” MMC-nin direktoru və Hacı Qurbanov imzalayıb.
Sportinfo.az xəbər verir ki, imzalanmış memoranduma əsasən Milli Paralimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin 10 idmançısı (sağlamlıq imkanları məhdud uşaqlar) Naftalanda yerləşən “Naftalan Qaşaltı Otelində” müalicə- reabilitasiya kursları keçəcək.

