Yığma Avropa çempionatında

13 Oktyabr 2017 19:24 Ağır atletika 497
Yığma Avropa çempionatında

15-22 oktyabr tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir.

Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcəklər. Heyətimizlə tanış ola bilərsiniz:

Yaşı 20-yə qədər olan atletlərimiz (U-20)
Qadınlar: Elnarə Abbasova (63 kq).
Kişilər: Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn İsmayılov (94 kq).

Yaşı 23-ə qədər olan atletlərimiz (U-23)
Qadınlar: Mərziyyə Məhərrəmova (48 kq).
Kişilər: Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (+105 kq).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti