Avropa çempionatına yollanan Azərbaycan ağırlıqqaldıranları

12 Oktyabr 2017 18:24 Ağır atletika 441
Avropa çempionatına yollanan Azərbaycan ağırlıqqaldıranları

15 oktyabrda Albaniyanın paytaxtı Tiranada 20 və 23 yaşadək ağırlıqqaldıranlar arasında start götürəcək Avropa çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb.

Federasiyanın Mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, bir həftəyədək davam edəcək yarışda 9 atlet mübarizə aparacaq.

Elnarə Abbasova (63 kq), Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq) və Hüseyn Rüstəmov (94 kq) U-20-nin heyətində yer alıblar.

23 yaşadək atletlərin yarışında isə Azərbaycanı Mərziyyə Məhərrəmova (48 kq), Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (+105 kq) təmsil edəcəklər.

Yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti