Əli Şükürlü də qitədə 5-ci oldu

26 Sentyabr 2017 16:12 Ağır atletika 538
Əli Şükürlü də qitədə 5-ci oldu

Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.

Sportinfo.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübariz aparır. Onların arasında yığmamızın da üzvləri var.

Bu gün daha bir atletimiz – Əli Şükürlü körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlərin 69 kq çəki dərəcəsindəki yarışına qatılıb.

Əli birdən qaldırma hərəkətində 94 kq-ı ram edib və bu hərəkətdə 5-ci yeri tutub. Təkan qaldırma hərəkətində Şükürlü 115 kq-a güc gələrək 5-ci yerdə qərarlaşıb. Toplam 209 kq (94+115) nəticə göstərən Əli yekun sıralamada da yarışı 5-ci yerdə bitirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti