ABŞ-ın Florida ştatındakı Sarasota şəhərində akademik avarçəkmə üzrə dünya çempionatına start verilib.
Sportinfo.az xəbər verir ki, 69 ölkədən 382 idmançının qatıldığı nüfuzlu reqatada Azərbaycan da təmsil olunur. Bu, 1 nəfərlik qayıqla 2000 metr (M1x) məsafəyə yürüşdə mübarizə aparan Aleksandr Aleksandrovdu.
Yeniyetmələr və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu seçmə yürüşdə finişə 7 dəqiqə 26,520 saniyəyə çataraq, Polşa, İsveçrə, Puerto-Riko idmançılarından sonra 4-cü yeri tutub.
O, yalnız Salvadordan olan rəqibini üstələyib. 27 yaşlı avarçəkən bu gün keçiriləcək təsəlliverici yürüşdə ilk 2 yerdən birini tuta bilsə, 1/4 finala yüksələcək.
Benin, Monako, ABŞ, Ukrayna və Baham adalarından olan rəqibləri ilə yarışacaq. Dünya çempionatı oktyabrın 1-dək davam edəcək.

