Nazim İbrahimovu bu idman növündə Mikayıl Cabbarov əvəzlədi

20 Sentyabr 2017 18:12 Ağır atletika 547
Nazim İbrahimovu bu idman növündə Mikayıl Cabbarov əvəzlədi

Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib.

Sportinfo.az-ın məlumatına görə, tədbirə Prezident Aparatının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də qatılıb.

Yeganə namizəd, təhsil naziri Mikayıl Cabbarov yekdilliklə Federasiya prezidenti seçilib. O, yeni vəzifədə Diasporla İş üzrə Dövlər Komitəsinin sədri Nazim İbrahimovu əvəzləyib. Mikayıl Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti