Millimizin 7 velosipedçisi dünya çempionatında iştirak edir

19 Sentyabr 2017 19:24 Ağır atletika 380
Millimizin 7 velosipedçisi dünya çempionatında iştirak edir

Norveçin Bergen şəhərində velosiped idmanının şosse növü üzrə dünya çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, yarışda planetin 100-ə yaxın ölkəsinin müxtəlif yaş qrupları üzrə 700-ə yaxın idmançısı mübarizə aparır.

1 həftə davam edəcək dünya çempionatında Azərbaycan Elit kateqoriyada Elçin Əsədov və Yelena Pavluxina, U-23-də Elgün Əlizadə və Musa Mikayılzadə, gənclər kateqoriyasında isə Kərim Şirəliyev, İvan Orlov və Mikayıl Səfərli ilə təmsil olunur.

19 sentyabr
Gənclər – Fərdi ötüşmə
Mikayıl Səfərli / İvan Orlov

Qadınlar (Elit) – Fərdi ötüşmə
Yelena Pavluxina

20 sentyabr
Kişilər (Elit) – Fərdi ötüşmə
Elçin Əsədov

22 sentyabr
U-23 – Qrup ötüşməsi
Elgün Əlizadə / Musa Mikayılzadə

23 sentyabr
Gənclər – Qrup ötüşməsi
Kərim Şirəliyev / İvan Orlov / Mikayıl Səfərli

Qadınlar (Elit) – Qrup ötüşməsi
Yelena Pavluxina

24 sentyabr
Kişilər (Elit) – Qrup ötüşməsi
Elçin Əsədov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti