Yüngül atletika üzrə dünya çempionu Pyer-Ambruaz Boss küçədə hücuma məruz qalıb. Sportinfo.az xəbər verir ki, bu barədə fransalı atlet sosial şəbəkədəki hesabında məlumat verib.
O, üç nəfərin hücumuna məruz qaldığını, buna görə, mövsümü başa vurduğunu bildirib: “Üç nəfərin vəhşicəsinə hücumuna məruz qaldım. Hücum üzümdə çox sayda qırığa, həmçinin ciddi mənəvi sarsıntıya səbəb oldu. Bu yaralara görə mövsümü baş vurmalı oldum”.
Hadisə Fransanın Bordo şəhərində, bir kazinonun həyətində baş verib. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

