“Gömrükçü”nün açıq birinciliyi və çempionatı keçiriləcək

26 Avqust 2017 12:00 Ağır atletika 594
“Gömrükçü”nün açıq birinciliyi və çempionatı keçiriləcək

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, eləcə də “Gömrükçü” İdman Klubunun təşkilatçılığı ilə “ClimBaku” Dırmanma Mərkəzində yeniyetmə, gənclər və böyüklər arasında açıq birincilik və çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, avqustun 26-27-də yeniyetmə və gənclər, sentyabrın 9-10-da isə ustalar mübarizə aparacaqlar. Yeniyetmə və gənclər çətinlik növündə, böyükyaşlı idmançılar isə boldrinq və sürət növlərində bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışda “Gömrükçü” İK ilə yanaşı “Qərb Universiteti” İK, “Qafqaz”İK, “Ekosport” İK, FHN İSK, “Kyanite”İK, “Şəki AMA”İK, “Salavat” İK (Qusar), “Tornado” İK, “Gilavar” İdman Klubundan ümumilikdə 70-dək idmançı qüvvəsini sınayacaq.

“Gömrükçü” İdman Klubunu bu yarışda hər üç yaş qrupu üzrə 24 idmançı təmsil edəcək. Yarışın açılış mərasimi avqustun 26-sı saat 17:00-da “ClimBaku” Dırmanma Mərkəzində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti