Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək. Sportinfo.az xəbər verir ki, səfərin məqsədi qarşıdakı beynəlxalq yarışlara ciddi hazırlıqdı.
16 nəfərlik heyət yığmanın Xırdalandakı AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi ağır atletika təlim-məşq bazasında məskunlaşacaq. Qonaq atletlər avqustun 21-dən sentyabrın 16-na qədər hazırlıq keçəcəklər.
Bu toplanış milli komandaların üzvləri, həmçinin federasiyalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, həmrəylik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

