Dağdan ağır ad-sanın var, bu, sənə lazım idi? – VİDEO+FOTOLAR

13 Avqust 2017 18:01 Ağır atletika 682
Dağdan ağır ad-sanın var, bu, sənə lazım idi? – VİDEO+FOTOLAR

Məşhur atlet Useyn Bolt karyerasının sonuncu yarışına çıxıb. Sportinfo.az xəbər verir ki, yamaykalı sprinter Londondakı dünya çempionatında 4X100 metr məsafəyə estafet qaçışında iştirak edib.

O, estafet çubuğunu üçüncü qəbul edib. Lakin özünün sonuncu mərhələsini zədələndiyi üçün başa vura bilməyib. Beləliklə, Boltun karyerasındakı sonuncu qaçış komandasının diskvalifikasiyası ilə yekunlaşıb.

Useyn Bolt Londondakı dünya çempionatında 100 metr məsafəyə qaçışda bürünc medal qazanıb. Onun qatılmadığı 200 metr məsafəyə qaçışın qalibi Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev olub.

Bolt 8 qat olimpiya və 11 qat dünya çempionudu. 4X100 metr məsafəyə estafet qaçışında qızıl medalı Böyük Britaniyanın kişilərdən ibarət komandası qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti