Vitse-prezidentin səlahiyyətləri məhdudlaşdırıldı - SƏHVƏ YOL VERİB

12 Avqust 2017 18:48 Ağır atletika 689
Vitse-prezidentin səlahiyyətləri məhdudlaşdırıldı - SƏHVƏ YOL VERİB

Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Nazim İbrahimov redaksiyamıza müraciət edərək, bu günlərdə federasiyanın vitse-prezidenti Yaşar Məmmədov tərəfindən kütləvi informasiya vasitələrinə verilmiş məlumatlarla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Yaşar Məmmədov uzun aylar ərzində maaşların verilmədiyini və faktiki olaraq, federasiyanın qapısının qıfıllandığını bildirmişdi. Məlum olub ki, bugünlərdə Nazim İbrahimovun rəhbərliyi ilə federasiyanın ümumi yığıncağı keçirilib və mühüm qərarlar qəbul edilib.

Belə ki, Yaşar Məmmədovla baş məşqçi Fikrət Vəliyevin fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilib. Bundan başqa, hər iki şəxsin fəaliyyətində qurumun normal fəaliyyətinə mane olan ciddi pozuntuların olması müəyyənləşdirilib.

Bundan sonra Vəliyev istefası ilə bağlı xahiş edib və o, istefaya göndərilib. Yığıncağın protokolunda göstərildiyinə görə, Yaşar Məmmədovun əvvəlki xidmətləri nəzərə alınaraq, o, tutduğu vəzifədə saxlanılıb, lakin səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılıb.

Belə ki, bundan sonra Y.Məmmədov feredasiyanın prezidentinin adından çıxış edə və qurumun adından Gənclər və İdman Nazirliyinə müraciət edə bilməz. Yaşar Məmmədov da, faktiki olaraq, əvvəl dediyi sözlərdən imtina edib (virtual).

O bildirib ki, federasiyada işlər qaydasındadır, məşq prosesi davam etdirilir, əməkhaqları ilə bağlı vəziyyət də qənaətbəxşdir. “Hesab etmək olar ki, bütün problemlər həllini tapıb”, - federasiyanın vitse-prezidenti deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti