“Fənərbağça”nın azərbaycanlı üçün xərclədiyi vəsaitin məbləği

12 Avqust 2017 18:00 Ağır atletika 737
“Fənərbağça”nın azərbaycanlı üçün xərclədiyi vəsaitin məbləği

“Fənərbağça”nın 200 metr məsafəyə qaçışda dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyevə bir il ərzində xərclədiyi vəsaitin məbləği açıqlanıb.

Sportinfo.az-ın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, İstanbul təmsilçisi hər il Türkiyə yığmasının 25 yaşlı sprinteri üçün 700 min lirə (340 min manat) sərf edir. Bunun müqabilində klubun atletikadan gələn illik gəliri 129 min lirədir (63 min manat).

R.Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, avqustun 10-da Londonda 20,09 saniyə göstərici ilə 200 metr məsafəyə qaçışda dünya çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti