Gənc ağırlıqqaldıranlardan ibarət yığmamız təlim-məşq toplanışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi bazada hazırlaşan millimiz çalışmaları ara vermir.
Oktyabrda Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa birinciliyində iştirak edəcək komandamız həmin yarışdan medallarla qayıtmaq niyyətindədi.
Millinin məşqçisi Elnur Hüseynov da yaradılan şərait, məşq və ümumi hazırlıq imkanlarından razılığını bildirib.

