Arda Turan azərbaycanlı oğlana yazdı: "Halal olsun sənə!"

11 Avqust 2017 14:00 Ağır atletika 677
Arda Turan azərbaycanlı oğlana yazdı: "Halal olsun sənə!"

“Barselona”nın türk futbolçusu Arda Turan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib.

Sportinfo.az xəbər verir ki, bu barədə şəxsi “İnstagram” və Tvitter hesabında paylaşım edən 30 yaşlı futbolçu Ramilin şəklin paylaşaraq onu təbrik edib:

“Çempion... Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!”

“Halal olsun, Ramil Quliyev. Çox böyük uğurdur, çox!"

Türkiyəni təmsil edən həmyerlimiz R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə birinci çatmaqla dünya çempionu adını qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti