DİZ ÇÖKDÜ! - VİDEO+FOTOLAR

8 Avqust 2017 00:53 Ağır atletika 543
DİZ ÇÖKDÜ! - VİDEO+FOTOLAR

Yamaykalı atlet Useyn Bolt Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında karyerasının son yarışlarına çıxır. Sportinfo.az xəbər verir ki, daha öncə açıqlamasında Londonda yarışdan sonra karyerasını bitirəcəyini elan edən Bolt 100 metr məsafəyə son dəfə qaçıb.

Bolt 9,95 saniyəlik nəticəsi ilə 3-cü olub. 1-ci yeri isə 9,92-lik nəticə göstərən amerikalı Castin Qatlin, 2-ci yeri isə 9,94-lə Kristian Kolmen tutub. Qızıl medal qazanan Castin Qatlin Boltun qarşısında diz çökərək ona olan ehtiramını nümayiş etdirib. Bolt karyerasının son yarışına Londonda 4x100 metr məsafəyə qaçacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti