Bu dahi 28 final yarışından sonra qızıl medal qazanmadı - VİDEO

6 Avqust 2017 18:37 Ağır atletika 525
Bu dahi 28 final yarışından sonra qızıl medal qazanmadı - VİDEO

Londonda yüngül atletika üzrə dünya çempionatı keçirilir. Sportinfo.az xəbər verir ki, 100 metr məsafədə dünya şöhrətli Useyn Bolt qaçış cığırına çıxıb.

Onun 100 metr məsafəyə sonuncu qaçışı uğurlu alınmayıb. Bolt 9,95 saniyə ilə 3-cü yeri tutub. Ulduz idmançı 28 final yarışmasından sonra ilk dəfə qızıl medala həsrət qalıb.

Qızıl medalı isə amerikalı Castin Qatlin qazanıb - 9,92 saniyə. Useyn Bolt karyerasında sonuncu dəfə 4x100 metr məsafəyə estafet yarışlarında qüvvəsini sınayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti