Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) qurumun bayrağı altında keçirilən yarışlarda bukmeker kontorlarının reklamlarının yerləşdirilməsini qadağan edib.
Sportinfo.az xəbər verir ki, qərar təşkilatın Macarıstanın paytaxtı Budapeştdə keçirilən Baş Konqressində qəbul olunub.
FINA-nın bayrağı altında təşkil olunan yarışlarda qadağan olunmuş reklam siyahısına spirtli içki və tütün məmulatları da daxildir.

