DƏHŞƏT! Bakıda idmançı qızı bu cür öldürdülər – VİDEO+FOTOLAR

30 İyun 2017 11:48 Ağır atletika 1 665
DƏHŞƏT! Bakıda idmançı qızı bu cür öldürdülər – VİDEO+FOTOLAR

Dünən ölkənin idman ictimaiyyəti şok xəbər aldı: dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova yolda faciəvi şəkildə ölüb (o, bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdı).

Hadisə Xətai rayonunda yerləşən Nobel prospektinin Zığ şossesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib. Axşam vaxtlarında qeydə alınan olay zamanı Reyhan Məmmədova iti ilə piyada keçidindən yol keçirmiş.

Həmin ərazidən keçən Əlifağa Məmmədovun idarə etdiyi "BMW" markalı, 90 XU 928 nömrəli avtomobil idmançını vurub. Sürücü ilkin açıqlamasında həmin ərazidə işıqlanmanın zəif olmasını və piyada keçidi nişanının olduqca yaxın ərazidə qoyulmasını səbəb kimi göstərib.

Sakinlərin dediyinə görə, bu həmin ərazidəki ilk belə hal deyil. Bundan öncə də həmin yerdə qəza olub. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Azərbaycan çempionu Reyhan Məmmədovanın vurularaq öldürülməsi ilə nəticələnən yol qəzası barədə açıqlama yayıb.

Məlumatda qeyd edilib ki, 28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub. 1995-ci il təvəllüdlü R.Məmmədova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Sportinfo.az xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub. R.Məmmədovanın yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən yol hərəkəti qaydalarını pozmuş digər sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunmaları təmin ediləcək. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti