Azərbaycanlı çempionu Bakıda maşın vurub öldürdü - FOTOLAR

29 İyun 2017 14:00 Ağır atletika 1 159
Azərbaycanlı çempionu Bakıda maşın vurub öldürdü - FOTOLAR

Dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb. Sportinfo.az xəbər verir ki, idmançı avtomobil qəzasına düşüb.

Belə ki, dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub.

O, aldığı xəsarətdən hadisə yerində ölüb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı bakupost.az-a təsdiqləyib. Bildirib ki, o, bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdı. Faktla bağlı araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti