100 və 200 metr məsafəyə qaçış yarışlarında dünya rekordçusu olan Usayn Bolt futbol klubuna transfer olunur. Sportinfo.az xəbər verir ki, yamaykalı atlet Dortmund "Borussiya"sında sınaqdan keçiriləcək.
Ostravada qatılacağı yarışdan öncə jurnalistlərin suallarını cavablandıran Bolt "Borussiya" ilə məşqlərə çıxacam. Bəyənilsəm, klubda qalacam. Bəyənilməsəm də, ağzımı yumub oturacam" deyib. Bolt bundan əvvəl "Mançester Yunayted"in məşqlərinə qatılmışdı.

