"Fikirləşirdim ki, sponsorlarım buna necə münasibət göstərəcək"

14 İyun 2017 17:00 Ağır atletika 514
"Fikirləşirdim ki, sponsorlarım buna  necə münasibət göstərəcək"

ABŞ-ın məşhur idmançısı, olimpiya çempionu Sanya Riçards-Ross olduqca təsirli etirafla gündəmə gəlib. Sportinfo.az xəbər verir ki, Sanya Pekin olimpiya oyunlarından əvvəl abort etdirdiyini bildirib. O, bu etirafını avtobioqrafik kitabında yazıb.

Sanya Pekin olimpiadasında estafet yarışlarında qızıl, 400 metr məsafəyə fərdi yarışda isə bürünc medal qazanıb. 31 yaşlı idmançı karyerasını 2016-cı ildə bitirib. Yüngül atlet yarışa 2 həftə qalmış, Pekinə uçmazdan bir gün əvvəl əməliyyat stoluna uzanıb:

“Qarşıda böyük işin kulminasiya nöqtəsi idi. Həmin vaxt aydın oldu ki, sadəcə, başqa çıxış yolu yoxdu. Başım fırlanırdı, karyeranın belə vaxtında nigahdankənar uşağın doğulması məqbul sayılmırdı. Fikirləşirdim ki, buna sponsorlarım, ailəm, kilsə, pərəstişkarlarım necə münasibət göstərəcəklər.

Bizim idmanda elə bir qadın tanımıram ki, abort etdirməsin. Bu da üzücü faktdı. Ümid edirəm ki, mənim etirafımdan sonra müzakirələr başlayacaq. Və mən gənc xanım idmançılara kömək olacam ki, onlar mənim yaşadığım hissi yaşamasınlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti