Azərbaycan gənclərin dünya çempionatında iştirak edəcək

14 İyun 2017 11:24 Ağır atletika 521
Azərbaycan gənclərin dünya çempionatında iştirak edəcək

İyunun 15-dən 23-dək Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Tokionun “Kishi Memorial Hall” Kompleksində keçiriləcək çempionatda 4 gənc atletimiz medal mübarizəsinə qoşulacaq. Onların siyahısı aşağıdakı kimidi: Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn İsmayılov (94 kq).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti