Azərbaycandan getdi: "Ürəyim ağrıdı, belə vidanı heç gözləmirdim”

7 İyun 2017 14:48 Ağır atletika 823
Azərbaycandan getdi: "Ürəyim ağrıdı, belə vidanı heç gözləmirdim”

Azərbaycan millisinin gimnastı Marina Durunda karyerasını bitirdiyini açıqlayıb. Sportinfo.az xəbər verir ki, o “İnstagram” hesabında bu barədə məlumat yayıb. 20 yaşlı Durunda ölkəmizə təşəkkür edib: “Hər şeyə görə təşəkkür edirəm, səni çox sevirəm, Azərbaycan.

Daima qəlbimdə qalacaqsan. Bütün məşqçilərimə, xareoqraflara, həkimlərə və üzərimdə əməyi olanlarla “sağ olsunlar” deyirəm. Siz olmasanız, həyatda uğur qazana bilməzdim. Hamınızla ayrı-ayrılıqda görüşüb təşəkkür edə bilmədiyim üçün üzürlü hesab edin. Yenidən görüşmək ümidi ilə”.

Marina ölkə başçısı İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib: “Ölkə başçısı İlham Əliyevə, xanımı, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevaya təşəkkür edirəm. Ölkədə mənim üçün hər cür şərait yaradılmışdı. Bütün bunları unutmayacam. Sizinlə belə vidanı heç gözləmirdim. Ürək ağrısı ilə gedirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti