
Bir neçə müddət öncə Azərbaycan Ağır Atletika üzrə qadınlardan ibarət yığmamızın üzvü Xumar Məmmədova ilə münasibətdə adı hallanan komandanın məşqçisi Kərim Kərimli işindən azad olunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən o, atletika millisindən qovulub. Sportinfo.az xəbər verir ki, Xumar Məmmədovanın Kərim Kərimlidən hamilə olduğuna dair iddialar var idi.
Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev xəbəri təkzib edib. O bildirib ki, Kərim Kərimli hazırda istirahətdədi: “Kərim Kərimli yığma komandamızdan qovulmayıb. İslam Oyunlarından sonra hamı kimi o da istirahətdədr.
Xumar Məmmədovaya qovulması haqda deyilənlər həqiqəti əks etdirmir. Fasilədən sonra yeniyetmə, gənc, kişilər və qadınlardan ibarət yığma komandalarımızın məşqçilərinin qrafikləri, təlim-məşq toplanışı məkanları, vaxt cədvəlləri müəyyən ediləcək”.