Premyer Liqanıın əvəzedici komandaları Divizionda qalır

31 İyul 2020 15:04 I Divizion 1 047
Premyer Liqanıın əvəzedici komandaları Divizionda qalır

I Divizionda 2020/2021 mövsümünün mümkün start tarixi müəyyənləşib.

Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov Sportinfo.az-a bildirib ki, çempionatın başlaması sentybarın ortalarına təsadüf edəcək:

"Bu gün üçün əsas prioritet Premyer Liqanın startıdır. Çünki bu çempionat həm avrokubolara getmək, həm də milli komandaların üzvləri üçün əsas bazadır.

Amma biz divizionu da mümkün qədər müzakirə edirik. Hazırkı durumda divizionun yığmanın Millətlər Liqasında ilk oyununu keçirməsindən sonra start götürməsini düşünürük".

O bildirib ki, dəqiq tarix pandemiya ilə bağlı ölkədəki vəziyyətə uyğun müəyyənləşdiriləcək: "Həm Premyer Liqa, həm divizon, həm də ölkə kuboku ilə bağlı addım atanda Nazirlər Kabineti Yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyyələrini nəzərə alırıq".

PFL rəsmisi onu da qeyd edib ki, Premyer Liqa klublarının əvəzedicilərinin çempionatının yenidən bərpası gözlənilmir: "Bu məsələ hazırda gündəlikdə yoxdur. İndiki vəziyyətdə olacağını da düşünmürəm. Yəqin ki, əvəzedici heyətlər ötən iki mövsümdə olduğu kimi, yenə Iı Divizionda mübarizə aparacaq".

Digər Xəbərlər
Xəbər Lenti