COP29

"Qarabağ"a hansısa boşluq verdikdə.. Yüngül səhvimiz oldu"

22 İyun 08:40 Zirə 752
"Qarabağ"a hansısa boşluq verdikdə.. Yüngül səhvimiz oldu"

"Finalda "Qarabağ"dan geri qaldığımızı düşünmürəm, sadəcə, şans onların tərəfində idi".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Qismət Alıyev "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçı haqda deyib.

27 yaşlı yarımmüdafiəçi yaxşı və maraqlı oyun alındığını bildirib:

"Bəlkə də məğlubiyyətə layiq deyildik. İkinci hissədə qol imkanlarımız oldu, amma yararlana bilmədik.

Bizi Avropa Liqasının oyunları gözləyir. Çalışıb bu matçlara hazırlaşacağıq".

Kapitan səhvlərinin üzərində işləməli olduqlarını söyləyib:

"Rəqibin standart vəziyyətdən fərqlənə biləcəyini fikirləşmirdik. Əvvəlki oyunlarda bu baxımdan elə də təhlükəli deyildilər.

Bu dəfə onlarda alındı. Bəlkə də həmin epizodda bir az da diqqətli olmalıydıq".

Q.Alıyev ikinci hissədə çox yaxşı çıxış etdiklərini deyib:

"Qarabağ"a hansısa boşluq verdikdə istifadə edirlər. Birinci hissənin sonlarında yüngül səhvimiz oldu.

Bundan da maksimum yararlandılar. İkinci yarıda komandamız çox yaxşı təsir bağışladı.

Sadəcə, sonluğu gətirə bilmədik. Düşünürəm ki, belə oyunla daha yaxşı nəticələr əldə edə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu