Azərbaycan millisinin oyunçusu Bəhreyn klubu ilə müqavilə bağladı

27 Sentyabr 2019 09:58 Voleybol 658
Azərbaycan millisinin oyunçusu Bəhreyn klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin voleybolçusu Vüqar Bayramov karyerasını Bəhreyndə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı 4-cü zona oyunçusu “Al Nassr Saudi” klubu ilə anlaşıb.

O, Asiya təmsilçisi ilə bir mövsümlük müqavilə bağlayıb. 197 sm boya malik hücumçu artıq yeni komandasının düşərgəsinə yollanıb.

Ötən mövsümü İndoneziyanın “Jakarta Pertamina Energi” klubunda oynayan V. Bayramov İran, Türkiyə, Misir və Polşada da legioner həyatı yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti