Bolqar məşqçi: "Azərbaycan millisi məşhur rəqibdir"

31 Avqust 2019 17:42 Voleybol 736
Bolqar məşqçi: "Azərbaycan millisi məşhur rəqibdir"

"Azərbaycan millisi məşhur rəqibdir. Bizi nə iləsə təəccübləndirəcəklərini düşünmürəm".

Sportinfo.az xəbər verir ki, bunu Bolqarıstanın voleybolçu qadınlardan ibarət yığmasının baş məşqçisi İvan Pektov Avropa çempionatının 1/8 final matçı barədə danışarkən deyib.

O, sentyabrın 1-də keçirəcəkləri oyuna yaxşı hazırlaşmalarının gərəkliyini vurğulayıb: "İndi məqsəd odur ki, qızlarımız yaxşı istirahət etsinlər və 100 faiz sağlam olsunlar.

Çünki bizim hələ Budapeştə səfərimiz var. Görüşə hərtərəfli hazırlığa bundan sonra başlayacağıq. Azərbaycanı məğlub etməyə gücümüz var. Ümid edirəm ki, uğur əldə edəcəyik".

Macarıstan paytaxtındakı "Laslo Papp" arenasında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Xəbər Lenti