Qadın voleybolçular arasında Avropa çempionatı davam edir. Sportinfo.az xəbər verir ki, ilk dəfə 24 komandanın iştirakı ilə 4 ölkədə keçirilən yarışda millimiz qrupda sonuncu - 5-ci görüşünə çıxıb.
"C" qrupunda mübarizə aparan Covanni Kapraranın komandası Rumıniya ilə qarşılaşıb. Pley-offa vəsiqəni təmin edən yığmamız qrupu ən pis halda 4-cü yerdə tamamlayacaqdı. Lakin yığmamız rumınlara asanlıqla qalib gəlib.
Qrupun digər oyununda isə ev sahibi Macarıstanla lider Hollandiya üz-üzə gələcək.
Avropa çempionatı. Qrup mərhələsi, 5-ci tur
29 avqust
17:30. Rumıniya - Azərbaycan 0:3 (15:25, 14:25, 21:24)
Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaq. Çempionatda ilk 7 yerin sahibləri Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Yarışın qalibi isə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

