Yğımadan 27 xal və 27 səhv

29 Avqust 2019 09:51 Voleybol 802
Yğımadan 27 xal və 27 səhv

Qadın voleybolçular arasında Avropa çempionatının Azərbaycan - Estoniya matçının ən yaxşıları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, millimizin 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:11) hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən məhsuldar oyunçusu yenə Polina Rəhimova olub.

Millimizin üzvü bu görüşdə 27 xal toplayıb. Digər voleybolçularımızdan Yelizaveta Səmədova 19, Olena Həsənova 15, Anastasiya Bezsonova 8, Mariya Kiriliuk 5, Marqarita Əzizova 4, Odina Əliyeva 3, Kristina Yaqubova 2 xal yığıb.

Qalan 22 xal isə rəqibin səhvləri nəticəsində qazanılıb. Millimiz də bu matçda 27 dəfə səhv etməklə rəqibə xal qazandırıb.

Polina Rəhimova ötən tur qarşılaşdığımız Macarıstanla oyunun da ən məhsuldar oyunçusu olmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!