Millimizdən qələbə və pley-offa vəsiqə

28 Avqust 2019 19:49 Voleybol 1 080
Millimizdən qələbə və pley-offa vəsiqə

Voleybol üzrə qadınlardan ibarət milli komandamız Avropa çempionatında 4-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komandamızın AVRO-2019-da bu dəfəki rəqibi Estoniya yığması olub. Budapeştdə keçiriləcən qarşılaşma voleybolçularımızın 3:2 hesablı çətin qələbəsi ilə başa çatıb. Millimiz 2 dəfə hesabda irəli çıxsa da, estonlar tarazlığı bərpa etməyə özlərində güc tapıb. Həlledici - 5-ci setdə isə komandamız daha inamlı oynayıb və qalib gəlib.

Voleybolçularımız qrupdakı ilk 3 görüşdə Xorvatiya (3:2) və Macarıstana (3:0) qalib gəlib, Hollandiyaya isə uduzub (0:3).

4 ölkə - Polşa, Macarıstan, Slovakiya və Türkiyənin təşkil etdiyi AVRO-2019-da qruplarda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq. Estoniya üzərində qələbə qazanmaqla voleybolçularımız Rumıniya ilə qrupdakı son görüşün nəticəsindən asılı olmayaraq ley-offa vəsiqəni təmin edib.

C qrupu. IV tur

17:30. Azərbaycan - Estoniya 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:12)
Budapeşt. Lasso Pappa adına İdman Arenası

Digər Xəbərlər
Xəbər Lenti