Millimiz AÇ-də ev sahibinə qalib gəldi

27 Avqust 2019 00:00 Voleybol 630
Millimiz AÇ-də ev sahibinə qalib gəldi

Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi növbəti sınağına çıxıb.

Yığmamızın budəfəki rəqibi ev sahibi Macarıstan olub. Hər iki komanda ilk iki turda bənzər nəticələr əldə etdiyindən, qarşılaşmaya ikiqat maraq var idi.

Millimiz Xorvatiyaya qalib gəlib, Hollandiyaya yenilmişdisə, macarlar Estoniyanı üstələyib, Rumıniyaya uduzmuşdu.

Covanni Kapraranın yetirmələri qrupda ilk "4-lüy"ə düşmək üçün bu gün mütləq qalib gəlməliydi. Komandamız bu vəzifənin öhdəsindən inamlı qələbə ilə gəlib.

C qrupunun digər matçında Hollandiya ilə Xorvatiya üz-üzə gəlib. Hollandlar bu görüşdə də qalib gəlməklə (3:0) birinci pillədəki mövqelərini gücləndiriblər.

C qrupu, III tur
Macarıstan – Azərbaycan - 0:3 (21:25, 15:25, 22:25)

Budapeşt. Lasso Pappa adına İdman Arenası.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi