Azərbaycan yığması ev sahibinə qarşı

26 Avqust 2019 11:45 Voleybol 533
Azərbaycan yığması ev sahibinə qarşı

Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün III turun oyunları keçiriləcək.

C qrupunda yer alan Azərbaycan millisi də növbəti sınağına çıxacaq. Yığmamızın budəfəki rəqibi ev sahibi Macarıstan olacaq. Hər iki komanda ilk iki turda bənzər nəticələr əldə etdiyindən, qarşılaşmaya ikiqat maraq var.

Millimiz Xorvatiyaya qalib gəlib, Hollandiyaya yenilibsə, macarlar Estoniyanı üstələyib, Rumıniyaya uduzub. Covanni Kapraranın yetirmələri qrupda ilk "4-lüy"ə düşmək üçün bu gün mütləq qalib gəlməlidi.

Bu gün C qrupunun digər matçında Hollandiya ilə Xorvatiya üz-üzə gələcək.

C qrupu, III tur

22:30. Macarıstan – Azərbaycan
Budapeşt. Lasso Pappa adına İdman Arenası

Digər Xəbərlər
Xəbər Lenti