Voleybolçu qadınlardan ibarət milli komandamız bu gün Avropa çempionatında 2-ci qrup matçına keçirib.
Sportinfo.az Covanni Kapraranın rəhbərlik etdiyi yığmamız Hollandiyaya 0:3 hesabı ilə məğlub olub.
Millimiz avqustun 23-də keçirdiyi ilk oyunda Xorvatiya yığması üzərində əzmkar qələbə qazanmışdı (3:2). Avropa çempionatına 4 ölkə - Polşa, Slovakiya, Macarıstan və Türkiyə ev sahibliyi edir. Azərbaycan yığmasının da yer aldığı C qrupunun oyunları Budapeştdə keçirilir.
Qrupdakı rəqiblərimiz Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstan voleybolçularıdır. Qruplarda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.
AÇ-2019. Qrup mərhələsi. 2-ci tur
Azərbaycan - Hollandiya 0:3 (15:25, 23:25 23:25)
Azərbaycan: Yana Əzimova, Odina Əliyeva, Ayşən Abduləzimova, Olena Həsənova, Anastasiya Bessonova, Yelizaveta Səmədova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Mariya Kirilyuk, Polina Rəhimova, Marqarita Əzizova, Bəyaz Əliyeva.
Hollandiya: Kristen Knip, Yvon Belien, Seleste Plak, Maret Balkestein-Grotheus, Juliet Lohus, Myrite Skott, Lonneke Slotjes, Anna Busiç, Britt Bongarts, Laura Dijkema, Marrit Jasper, Nika Dalderop, Nikola Koolhass.

