Avropa çempionatı başlayır: Millimiz Xorvatiyaya qarşı

23 Avqust 2019 12:10 Voleybol 843
Avropa çempionatı başlayır: Millimiz Xorvatiyaya qarşı

Bu gün qadın voleybolçular arasında Avropa çempionatı başlayır. Sportinfo.az xəbər verir ki, qitə birinciliyi 4 ölkədə - Polşa, Macarıstan, Slovakiya və Türkiyədə təşkil ediləcək.

C qrupunda yer alan Azərbaycan millisi oyunlarını Budapeştdə keçiriəcək. Millimizin rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstandır.

İtalyan mütəxəssis Covanni Kapraranın rəhbərlik etdiyi yığmamız bu gün qrupda ilk oyununu Xorvatiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtilə saat 17:00-da başlayacaq.

Qruplarda ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaq. AÇ-nin qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edəcək. İlk 7 yerin sahibləri isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə alacaqlar. Azərbaycan yığmasının indiyədək Avropa çempionatlarında ən yaxşı nəticəsi 4-cü yerdir (2005 və 2017-ci illərdə).

"C" qrupu

23 avqust

17:00. Xorvatiya – Azərbaycan​

19:30. Hollandiya _ Rumıniya

22:30. Macarıstan - Estoniya​

24 avqust​​

20:00. Estoniya – Xorvatiya ​

22:30. Rumıniya – Macarıstan ​​

25 avqust

17:30. Azərbaycan – Hollandiya ​

20:00. Estoniya – Rumıniya ​

26 avqust

20:00. Hollandiya – Xorvatiya

22:30. Macarıstan – Azərbaycan

27 avqust​

20:00. Hollandiya – Estoniya ​

22:30. Rumıniya – Xorvatiya ​

28 avqust

17:30. Azərbaycan – Estoniya

20:00. Xorvatiya – Macarıstan​

29 avqust

17:30. Rumıniya – Azərbaycan

20:00. Macarıstan – Hollandiya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!