Voleybol üzrə qadınlardan ibarət milli komandamız Sloveniya toplanışını başa vurub.
Sportinfo.az xəbər verir ki, avqustun 14-də başlayan hazırlığı yekunlaşdıran yığmamız bu gün ordan Macarıstana yollanacaq.
Komandamız Avropa çempionatında oyunlarını Budapeştdə keçirəcək. C qrupunda mübarizə aparacaq yığmamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstan olacaq.
C qrupunun təqvimi
23 avqust
17:00. Xorvatiya – Azərbaycan
19:30. Hollandiya - Rumıniya
22:30. Macarıstan - Estoniya
24 avqust
20:00. Estoniya – Xorvatiya
22:30. Rumıniya – Macarıstan
25 avqust
17:30. Azərbaycan – Hollandiya
20:00. Estoniya – Rumıniya
26 avqust
20:00. Hollandiya – Xorvatiya
22:30. Macarıstan – Azərbaycan
27 avqust
20:00. Hollandiya – Estoniya
22:30. Rumıniya – Xorvatiya
28 avqust
17:30. Azərbaycan – Estoniya
20:00. Xorvatiya – Macarıstan
29 avqust
17:30. Rumıniya – Azərbaycan
20:00. Macarıstan – Hollandiya

