Millimizin hücumçusu gözləniləmədən karyerasını bitirdi

7 Avqust 2019 08:24 Voleybol 1 235
Millimizin hücumçusu gözləniləmədən karyerasını bitirdi

Voleybol üzrə Azərbaycan millisinin hücumçusu Nataliya Məmmədova karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, onun sonuncu klubu Qazaxıstan “Altay”ı olub.

Təcrübəli voleybolçu bu klubla ölkə çempionu olmaqla yanaşı, Qazaxıstan kubokunu da başı üzərinə qaldırıb.

Ölkə voleybolunda xüsusi izi olan Nataliya Məmmədova karyerasına Ukraynada başlayıb.

Bu ölkənin yeniyetmələrdən ibarət millisində Avropa çempionatının gümüş medalını qazanan Nataliya Azərbaycana gəldikdən sonra soyadını dəyişərək Məmmədova olub. O, bunadək Skazka soyadını daşıyıb.

2004-cü ildə millimizdə debüt edən 34 yaşlı Nataliya Məmmədov karyerası ərzində Bakının "Azərreyl", Rabitə, İsveçrənin "Volero", İtaliyanın "Keri", İspaniyanın "İkaro", Türkiyənin "Türk Telekom", Rusiyanın "Dinamo", "Omiçka", "Dinamo Kazan" kimi klublarının şərəfini qoruyub.





Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…