Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının Təsnifat Turnirində son oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Covanni Kapraranın baş məşqçi olduğu kollektiv D qrupunda III tur qarşılaşmasında Kamerunu sınağa çəkib.
Görüş millinin 3:0 (25:17, 25:14, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb. Kollektivdə Yelizaveta Səmədova ən çox - 13 xal toplayıb.
Lakin daha öncədən hər iki komanda lisenziya şansını itirdiyi üçün bu oyun formal xarakter daşıyıb.
İlk turda Dominikan Respublikasına 0:3, ardından Braziliyaya 2:3 hesabı ilə uduzan Kapraranın komandası son turdakı qələbədən sonra xallarını 4-ə çatdırıb və qrupda 3-cü yeri tutub.
Olimpiadaya vəsiqəni isə təşkilatçı Braziliya yığması qazanıb. "Sambaçılar" son turda Dominikan Respublikası üzərində 3:2 (25:22, 25:19, 23:25, 18:25, 15:10) hesablı qələbə sayəsində 7 xalla qrup birincisi olub.
Eyni xala malik mərkəzi amerikalılar 2-ci yerlə kifayətlənib. Xalı olmayan Kamerun isə qrupda sonuncu yeri tutub.
Braziliya – Dominikan Respublikası - 3:2 (25:22, 25:19, 23:25, 18:25, 15:10)
Azərbaycan – Kamerun - 3:0 (25:17, 25:14, 25:20)
|
Brazilya |
3 |
3 |
0 |
9-4 |
7 |
|
Dominikan |
3 |
2 |
1 |
8:3 |
7 |
|
Azərbaycan |
3 |
1 |
2 |
5:6 |
4 |
|
Kamerun |
3 |
0 |
3 |
0:0 |
0 |

