Millimiz Braziliyaya uduzdu

3 Avqust 2019 08:24 Voleybol 787
Millimiz Braziliyaya uduzdu

Qadın voleybolçular arasında 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turniri davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi növbəti görüşünü keçirib.

D qrupunda qərarlaşan Covanni Kapraranın yetirmələrini daha çətin sınağına çıxıb. İlk oyunda Dominikan Respublikasına 2:3 hesabı ilə yenilən qadınlarımız bu dəfə ev sahibi Braziliya ilə qarşılaşıb.

Millimiz bu görüşdə də məğlubiyyətə üzülüb. Qrupun digər görüşündə isə Dominikan Respublikası ilk matçda Braziliyaya uduzan (0:3) Kamerunla qarşılaşacaq.

Braziliya – Azərbaycan 3:2 (25:13, 23:25, 21:25, 25:19, 15:12)

Uberlandiya. "Sabiazinyo" arenası

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…