Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, D qrupunda yer alan yığmanın rəqibi Dominikan Respublikası olub.
Braziliyanın Uberlandiya şəhərində keçirilmiş görüş 3:0 hesabı ilə Dominikan millisinin qələbəsi ilə yekunlaşıb.
Setlərdə isə hesab belə olub: 25-15, 25-22 və 25-18. Qrupun digər oyununda Braziliya Kameruna qalib gəlib 3-0 (25:14, 25:13, 25:16).
Azərbaycan millisi avqustun 2-də Braziliya, Kamerun isə Dominikan Respublikası ilə üz-üzə gələcək.
Avqustun 3-də keçiriləcək üçüncü turun görüşlərindən sonra qrupda birinci yeri tutacaq komanda olimpiadaya lisenziya qazanacaq.
Dominikan Respublikası – Azərbaycan 3:0 (25:15; 25:22; 25:18)
Uberlandiya. "Sabiazinyo" arenası
Azərbaycan: Kristsina Yaqubova, Yana Əzimova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova, Bəyaz Əliyeva

