2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Braziliyada ilk yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Covanni Kapraranın baş məşqçisi olduğu kollektiv təlim-məşq toplanışı çərçivəsində bu ölkənin "Esporte Pineyruş" klubu ilə qarşılaşıb.
Görüş Azərbaycan yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Olimpiya Təsnifat Oyunları 1 - 3 avqustda keçiriləcək.
D qrupunda yer alan Azərbaycan millisi ilk qarşılaşmasında Dominikan Respublikası ilə üz-üzə gələcək. Bu matç avqustun 1-də olacaq.
Ertəsi gün rəqib ev sahibi Braziliya, iyulun 3-də isə Kamerun yığması olacaq. Olimpiadaya lisenziya qazanmaq üçün qrup qalibi olmaq lazımdır.

