Azərbaycan yığması Olimpiya Təsnifat Turnirinə yollandı

24 İyul 2019 11:24 Voleybol 542
Azərbaycan yığması Olimpiya Təsnifat Turnirinə yollandı

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirini təşkil edəcək Braziliyaya yollanıb.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, yığma üzvləri San-Paulu şəhərində 6 gün təlim-məşq toplanışı keçirəcək.

Hazırlıq planına uyğun olaraq, milli yerli Braziliya klublarından biri ilə bir neçə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. 30 iyulda isə komanda turnirin keçiriləcəyi Uberlandiya şəhərinə yola düşəcək.

D qrupunda yer alan Covanni Kapraranın baş məşqçi olduğu komanda ilk qarşılaşmasında Dominikan Respublikası ilə üz-üzə gələcək.

Bu matç avqustun 1-də olacaq. Ertəsi gün rəqib ev sahibi Braziliya, iyulun 3-də isə Kamerun yığması olacaq.

Olimpiadaya lisenziya qazanmaq üçün qrup qalibi olmaq lazımdı.

Azərbaycan millisi hazırlıq prosesinə iyunun 24-də başlayıb. Daha sonra komanda üzvləri 11 - 15 iyulda Bolqarıstanda, 15 - 19 iyulda Rusiyada, 19 - 24 iyulda Türkiyədə təlim-məşq toplanışı keçirib.

Yığma hazırlıqlar zamanı Bolqarıstan, Rusiya və Türkiyə milliləri ilə yoldaşlıq oyunlarında da qüvvəsini sınayıb.

D qrupu

1 avqust
21:15. Braziliya – Kamerun
23:45. Dominikan Respublikası – Azərbaycan

2avqust
21:15. Braziliya – Azərbaycan
23:45. Kamerun – Dominikan Respublikası

3avqust
17:00. Braziliya – Dominikan Respublikası
19:30. Azərbaycan – Kamerun

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!