Yığmamız Rusiyadan Türkiyəyə yollandı

20 İyul 2019 08:12 Voleybol 514
Yığmamız Rusiyadan Türkiyəyə yollandı

2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət millimiz ölkə xaricində təlim-məşq toplantısına davam edir.

Sportinfo.az xəbər verir ki, hazırlıq planına əsasən ilk olaraq komandamız Bolqarıstanda (11-15 iyul), daha sonra Rusiyada (15-19 iyul) təlim-məşq toplantısı keçib.

Hazırlıqlar ərəfəsində voleybolçularımız Bolqarıstan və Rusiya milliləri ilə yoldaşlıq oyunları keçirib. Rusiya millisinə qarşı keçirilən hər iki yoxlama matçından ev sahibləri (3:0) qalib ayrılıb.

Bolqarıstandakı 2 yoldaşlıq görüşündə isə 3:1 hesabı qeydə alınıb. İlk oyunda ev sahibləri, ikinci görüşdə isə millimiz qalib gəlib.

Komandamızın Rusiya toplanışı bu gün başa çatıb. Yığmamız artıq Türkiyəyə yollanıb. Voleybolçularımız İzmirdə təlim-məşq toplanışı keçəcək və yerli komanda ilə bir yoldaşlıq oyununda üz-üzə gələcək.

Komandamız turniri qəbul edəcək Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!