"Doğrudu, bunun böyük məsuliyyət olduğunu anlayırıq"

16 İyul 2019 08:24 Voleybol 604
"Doğrudu, bunun böyük məsuliyyət olduğunu anlayırıq"

"Bu il festivalda çıxış edəcək komandamız Azərbaycan çempionatında U-19 olaraq iştirak edib".

Sportinfo.az xəbər verir ki, bunu voleybol üzrə gənc oğlanlardan ibarət millimizin üzvü Mais Verdizadə deyib.

21-27 iyul tarixlərində paytaxtımızda keçiriləcək “Avropa Gənclər Olimpiya Festivalı”nda ölkəmizi gənc voleybolçular təmsil edəcək.

Verdizadə festivala hazırlıq prosesindən danışıb: "Düzü, festivala hazırlıqlara elə çempionatda iştirakımızla başlamışdıq.

Çempionatdan sonra festivala hazırlıq mərhələsində bir neçə yoldaşlıq görüşlərimiz də oldu. Yarışların başlamısana çox az vaxt qalıb.

Komandamızda yüksək əhval-ruhiyyə var. Rəqiblərimiz bilinir, biz də məşqlərimizi rəqiblərimizin oyun taktikalarına uyğun keçirik.

Ölkəmizin belə mötəbər yarışa ev sahibliyi etməsinin biz idmançılar üçün müsbət tərəfləri çoxdu: doğma meydanımızda, öz azarkeşlərimiz qarşısında çıxış edəcəyik.

Doğrudu, bunun böyük məsuliyyət olduğunu anlayırıq və çalışacağıq gözəl oyun göstərək".

Millimiz A qrupunda Belarus, Almaniya və Rusiya ilə mübarizə aparacaq. B qrupunda isə Bolqarıstan, İtaliya, Çexiya və Belçika üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!