Yığmamız Rusiyaya yollandı

15 İyul 2019 13:00 Voleybol 653
Yığmamız Rusiyaya yollandı

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi ölkə xaricində təlim-məşq toplanışını davam edir.

Sportinfo.az xəbər verir ki, gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan yığmamız bu gün Bolqarıstan hazırlığını başa vuraraq, Rusiyaya yola düşüb.

Komandamız Bolqarıstan toplanışı çərçivəsində 2 dəfə yerli yığma ilə yoxlama oyunu keçirib - 1:3, 3:1.

Rusiyada və daha sonra Türkiyədə də təlim-məşq toplanışına davam edəcək qızlarımız Rusiya millisinə qarşı da bir neçə yoxlama matçı keçirəcək.

Komandamız turniri qəbul edəcək Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!